Bitkoin məzənnəsi institusional tələb fonunda $120,000 rekordunu ötdü

16:39 - 14.07.2025


14 iyul, Fineko/abc.az. İyulun 14-nə keçən gecə ilk kriptovalyutanın qiyməti 120.000 dolları keçərək tarixi maksimumu yeniləyib. Ayın əvvəlindən artım 13% təşkil edib.

ABC.AZ xəbər verir ki, rallini institusional investorlar dəstəkləyir. BlackRock-dan İBİT spot Bitkoin ETF-nin idarə etdiyi aktivlər 84 milyard dolları keçib. Fond bu həcmi 200 ticarət günü ərzində artırdı, qızıl GLD ETF üçün isə bu müddət 15 il təşkil etdi.