17:25 - 7.07.2025
7 iyul, Fineko/abc.az. Azərbaycan Beynəlxalq Bankının səhmlərinin qiymətinin ucuzlaşması post-dividend dövründə baş verib.
ABC.AZ xəbər verir ki, bunu "ABB İnvest"in icraçı direktoru Nadir Babazadə şirkətin fəaliyyətinə dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, dividenddən sonra səhmlərin ucuzlaşması normal haldır:
"Çünki artıq dividendin qiyməti öz əksini tapmışdı. Dividend alışı həyata keçiriləndən sonra bəzi müştərilər satış həyata keçirdi, bəziləri isə gözləmə mövqeyindədir. ABB uzun illərdir davamlı olaraq dividend ödəyir, xalis mənfəətin görə, aktivlərinə görə lider bankdır. Ən əsası bütün məlumatlar şəffaf şəkildə paylaşılır. İnvestisiya tövsiyyəsi olmasa da, subyektiv fikirlərimə görə, ABB səhmlərinin ucuzlaşmasını bir fürsət kimi görmək olar".
Müəllif: Elmir Murad
12 Avqust 2026