Bankların əhalidən dolların nağd alışı satışıni üstələyib

17:19 - 1.07.2025


1 iyul, Fineko/abc.az. Azərbaycanda bankların əhalidən ABŞ dollarının nağd şəkilində alışı satışın həcmini yenidən ötməyə başlayıb və bu da konvertasiya məzənnəsinin 1.7 dollar-manat səviyyəsindən aşağıda qalmasına səbəb olub.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, banklar əhalidən cari ilin mayında 186.13 milyon dollar aldığı halda, 123.14 milyon dollar cəmi satış ediblər.

Bankların konvertasiyasında alışların satışları $63 milyon üstələməsi deməkdir. Sonuncu dəfə bu həcmdə fərq 2023-cü ilin mayından bu tərəfə ($70 mln.) ən yüksək göstəricidir.

Ümumilikdə ilk beş ayda banklar əhaliyə $888.55 mln. satarkən, $729.11 mln. alıb.

Alışların son ayda satışları üstələməsi orta konvertasiya 1 dolların məzənnəsini 1.6979 manata qədər endirib. Aprel ayında orta məzənnə 1.6988 manat idi.