17:04 - 1.07.2025
1 iyul, Fineko/abc.az. Mərkəzi Bankın xarici valyuta ehtiyatlarının həcmi iyun ayında 0.53 faiz və ya 59.3 milyon ABŞ dolları yüksəlib.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 30 iyun 2025-ci il tarixinə xarici valyuta ehtiyatkları 11 milyard 154 milyon dollar təşkil edib.
Bununla da AMB 2024-cü ilin son rübündəki 836 mln. dolların 194.4 mln. dollarını cari ilin 6 ayına bərpa edə bilib.
Kazımov əlavə edib ki, son üç ildə AMB-nin valyuta bazarına etdiyi müdaxilələr ictimaiyyətə açıqlanıb və bu təcrübə davam etdiriləcək. Onun fikrincə, hərraclarda müxtəlif satış həcmilərinə media və ekspertlər tərəfindən birmənalı yanaşılmaması əsassız müzakirələrə səbəb olur:
“Hansısa hərracda 70 mln. dollar satış olanda qalmaqal edilir, 20 mln. dollar olanda isə heç bir reaksiya verilmir. Bu, ədalətsiz yanaşmadır”.
Baş bankir vurğulayıb ki, valyuta bazarında tələb və təklifin balansını müəyyən etmək üçün iki əsas göstərici var: sabit məzənnə və dəyişməyən ehtiyatlar. Bu iki göstərici tələb və təklif arasında tarazlığın mövcud olduğunu təsdiqləyir.
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026