Qazaxıstan Milli Bankı bank hesablarının sahibləri haqqında hesabat almağa başlayacaq

17:37 - 30.06.2025


30 iyun, Fineko/abc.az. Qazaxıstan bankları, "Kazpoçta" poçt operatoru, habelə qeyri-rezident bankların filialları və "Qazaxıstanın İnkişaf Bankı" ASC hesab sahibləri haqqında ölkənin Milli Bankına məlumat göndərəcək. Tədbir iyulun 1-də qüvvəyə minəcək.

ABC.AZ xəbər verir ki, maliyyə təşkilatları dörd növ hesabat təqdim etməlidirlər: bank hesabının (əmanətin) sahibi haqqında, bank hesabı (əmanət) müqaviləsi haqqında, bank hesabı haqqında, hesab üzrə əməliyyatlar haqqında.

Hesab sahibi hesabatında doğum ili, cinsi, vətəndaşlıq və fərdi identifikasiya nömrəsi (VÖEN) daxil olmaqla göstəriləcəkdir. Fiziki şəxsin və ya fərdi sahibkarın VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) depersonalizasiya olunmuş identifikasiya nömrəsi şəklində təqdim olunacaq.