Bitkoin ticarət əməliyyatları və faizlərin azaldılması ümidləri fonunda 108 min dolları ötüb

11:08 - 30.06.2025


30 iyun, Fineko/abc.az. Bazar ertəsi bitkoin məzənnəsi iyun diapazonundan çıxaraq 1% artaraq 108 358,7 dollara yüksəlib. 

ABC.AZ xəbər verir ki, risk aktivlərinə marağın artması ABŞ-ın Kanada, Yaponiya və İngiltərə ilə ticarət müqavilələri ilə bağlı nikbinlik və faiz dərəcələrinin aşağı düşməsi gözləntiləri ilə əlaqədardır. Kanadanın rəqəmsal verginin ləğvi təşəbbüsü və 9 iyul tarixinə qədər yeni müqavilələrin imzalanması planları investorların gözləntilərini artırır.