Sosial Dəstək Mərkəzi ötən il 121 900 min manat zərər edib    

11:02 - 30.06.2025


30 iyun Fineko/abc.az. Sosial Dəstək Mərkəzi 2024-cü ili 121 900 min manat zərərlə başa vurub. Mərkəz 2023-cü ildə 156 121 manat zərər edib ki, bu da illik müqayisədə zərərin 22% azalması deməkdir.

ABC.AZ qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il Sosial Dəstək Mərkəzinin işçi heyəti ilə bağlı xərcləri 580 598 manat, sosial xidmət və maddi yardım xərcləri 142 058, köhnəlmə və amortizasiya xərcləri 197 190 manat, inzibati və digər əməliyyat xərcləri isə 76 340 manat təşkil edib. Sosial Dəstək Mərkəzinin yığılmış zərəri 23% artaraq 660 578 manata çatıb.

Hesabat dövründə Sosial Dəstək Mərkəzinin aktivləri 2 milyon 895 min manat olub ki, bu da illik müqayisədə 1.4% azdır.