Bank sektorunun cəmi aktivləri mayda 56 milyard 549.7 milyon manat olub

11:14 - 25.06.2025


25 iyun, Fineko/abc.az. Azərbaycan bank sektorunun cəmi aktivləri 2025-ci ilin may ayında 56 mlrd. 549.7 mln. manat, cəmi öhdəlikləri 49 mlrd. 690.3 mln. manat, balans kapitalı isə 6 mlrd. 859.5 mln. manat təşkil edib.

ABC.AZ Mərkəzi bankın statistik bülleteninə istinadən xəbər verir ki, aylıq müqayisədə bank aktivləri 3.6%, öhdəliklər isə 4.3% artım göstərib.

Kredit portfeli hesabat ayında 1% və ya 290 mln. manat artaraq 28 mlrd. 386.5 mln. manata çatıb. Kredit portfelinin strukturu belə formalaşıb:

Biznes kreditləri – 53.2% (15 mlrd. 100 mln. manat)

İstehlak kreditləri – 31.3% (8 mlrd. 881.9 mln. manat)

İpoteka kreditləri – 15.5% (4 mlrd. 404.6 mln. manat)

Bankların öhdəliklərinin əsas hissəsini depozitlər təşkil edir – 38 mlrd. 179.3 mln. manat, bu da cəmi öhdəliklərin 76.8%-ni əhatə edir. Depozit portfelində hüquqi şəxslərin payı 61.4% (23 mlrd. 445.1 mln. manat), fiziki şəxslərin payı isə 38.6% (14 mlrd. 734.2 mln. manat) olub.