IEA: 2030-cu ilə qədər dünyada neft hasilatının profisitində ciddi artım gözlənilir

14:56 - 17.06.2025


17 iyun, Fineko/abc.az. IEA 2030-cu ilə qədər dünyada neft hasilatının profisitində ciddi artım proqnozlaşdırır.

ABC.AZ xəbər verir ki, onun hesablamalarına görə, qlobal hasilat gücü gündə 5,1 milyon barel artacaq və onilliyin sonunda gündə 114,7 milyon barelə çatacaq. Faktiki hasilat isə 107,2 milyon təşkil edəcək.

Eyni zamanda, agentliyin gözləntilərinə görə, neft istehlakı gündə yalnız 2,5 milyon barel artacaq və təxminən 105,5 milyon təşkil edəcək.