09:42 - 21.05.2025
21 may, Fineko/abc.az. Etalon markaların qiyməti çərşənbə günü hərracda artır.
ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti saat 09:38-də $0,97 (1,48%) artaraq bir barel üçün $66,35-a yüksəldi. Mayın 20 – də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin iyul fyuçersləri $0,16 (0,24%) azalaraq bir barel üçün $65,38-a enib.
Saat 09:38-də NYMEX əmtəə birjasının ticarətində WTI neftinin iyul fyuçerslərinin qiyməti $0,98 (1,58%) artaraq bir barelə $63,01-a yüksəldi. Mayın 20 – də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyul fyuçersləri $0,11 (0,18%) ucuzlaşaraq bir barel üçün $62,03-a düşüb.
13 Avqust 2026
13 Avqust 2026