15:26 - 15.04.2025
15 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Mərkəzi Bankın 2024-cü ilin yekunları üzrə Maliyyə Sabitliyi Hesabatını dərc edib.
ABC.AZ xəbər verir ki, hesabatda bir sıra maraqlı məlumatlar öz əksini tapıb. Qeyd edilib ki, istehlak portfeli üzrə kredit riskləri diqqətdə saxlanılır:
"2024-cü il ərzində istehlak kreditləri üzrə qeyri-işlək portfelin həcmi nominal ifadədə 25% artaraq (50 milyon manat) 246 milyon manat olmuşdur. Buna baxmayaraq, ötən ilin sonu ilə müqayisədə istehlak kreditlərinin artım tempi də yüksək olduğundan, QİK (qeyri-işlək kreditlər) əmsalı cəmi 0.08 faiz bəndi artaraq 2.92%- ə yüksəlmişdir. Qeyd edək ki, istehlak kreditlərinin 54%-i sabit gəlirləri olan dövlət sektorunda çalışan şəxslərə verilmişdir".