09:30 - 1.04.2025
1 aprel, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən hərracda etalon markaların qiyməti artır.
ICE Futures birjasında Brent markalı neftin iyun fyuçersləri saat 09:27-də $0,17 (0,23%) artaraq bir barelə $74,94-a çatıb. Martın 31-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin iyun fyuçersləri $2,01 (2,76%) artaraq bir barelə $74,77-a çatıb.
NYMEX əmtəə birjasının ticarətində WTI neftinin may fyuçersləri saat 09:27-də $0,13 (0,18%) artaraq bir barelə $71,61-a yüksəlib. 31 mart ticarətinin nəticələrinə görə, WTI neftinin may fyuçersləri $2,12 (3,06%) artaraq bir barelə $71,48-a yüksəlib.
Ötən həftə Brent markalı neft 1,61%, WTI nefti isə 1,58% bahalaşıb. Mart ayının nəticələrinə görə, Brent neftinin qiyməti 2,13%, WTI qiyməti isə 2,47% artıb.
13 Avqust 2026
13 Avqust 2026