BTC ilə daşınan neftin həcmi açıqlanıb

15:58 - 17.03.2025


17 mart, Fineko/abc.az. Cari ilin yanvar-fevral aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə nəql olunan neft 4,1 faiz azalaraq 6 milyon 48,7 min ton təşkil edib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, nəqletmənin 73,2 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-fevral ayları ərzində bu kəmərlə neft nəqli 6,3 faiz azalaraq 4 milyon 429,5 min ton olub.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,9 faizini və ya 3718 min tonunu Azərbaycanda hasil edilən neft, 16,1 faizini və ya 711,5 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.