09:27 - 5.02.2025
5 fevral, Fineko/abc.az. Çərşənbə günü keçirilən hərraclarda etalon markaların qiyməti aşağı düşür.
Brent markalı neftin aprel ayı fyuçersi ICE Futures birjasında saat 09:23-də $0,37 (0,49%) azalaraq bir barelə $75,83-a düşüb. Fevralın 4-də keçirilən hərracların nəticələrinə görə, Brent-in aprel fyuçersləri $0,24 (0,32%) artaraq bir barelə $76,20-a çatıb.
NYMEX əmtəə birjasının ticarətində WTI neftinin mart fyuçersləri saat 09:23-də $0,26 (0,36%), bir barelə $72,44-a düşüb. Fevralın 4-də aparılan hərracların nəticələrinə görə, WTI mart ayı üçün neft fyuçersləri $0,46 (0,63%) ucuzlaşaraq bir barelə $72,70-a düşüb.
13 Avqust 2026
13 Avqust 2026