11 ayda Azərbaycanda neçə kompüter istehsal edilib?

12:03 - 8.01.2025


8 yanvar, Fineko/abc.az. 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 2 139 ədəd stolüstü kompüter istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu əvvəlki illə müqayisədə 1 633 ədəd və ya 43,3% azdır.

2023-cü ilin yanvar-noaybr aylarında 3 772 ədəd kompüter istehsal edilmişdi.

Qeyd edək ki, hesabat dövründə noutbuk istehsalı 3 artaraq 1 715 ədəd təşkil edib.