14:57 - 7.01.2025
7 yanvar, Fineko/abc.az. Türkiyə beşinci nəsil (5G) mobil rabitəni 2026-cı ildə işə salmağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan nazirlər kabinetinin sədrliyi ilə keçirilən iclasının yekunlarına dair millətə videomüraciətində bildirib.
“5G milli rabitə şəbəkəsinin yaradılması layihəsi çərçivəsində 2025-ci ildə tender keçirəcəyik və 2026-cı ildə ilk siqnalını almağı planlaşdırırıq”, — deyə T. Ərdoğan qeyd edib.
Nəqliyyat Nazirliyinin rəhbəri Əbdülqadir Uraloğlu daha əvvəl Türkiyədə 5G şəbəkələrinin sınaqlarına başladığını bildirmişdi. Onun sözlərinə görə, onlardan istifadə üçün 30 təşkilat, o cümlədən İstanbul Beynəlxalq Hava Limanında icazə alıb.
Respublikada mobil rabitə istifadəçilərinin sayı 87 milyona yaxındır, onlardan təxminən 81 milyonu 4.5 G şəbəkəsindən istifadə edir.
12 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026