11:04 - 27.12.2024
27 dekabr, Fineko/abc.az. "Akkuyu" AES-in ilk reaktorunun istismara verilməsi Türkiyənin elektrik enerjisinə olan tələbatının təxminən 2,5%-ni ödəməyə imkan verəcək.
ABC.AZ xəbər verir ki, bu barədə respublikanın Energetika naziri Alparslan Bayraktar bildirib.
"Akkuyu AES-in ilk reaktorunun istismara verilməsi ilə o, 1200 MVt elektrik enerjisi istehsal edəcək ki, bu da Türkiyənin tələbatının təxminən 2,5%-ni təşkil edir. Bütün dörd reaktorun işə salınması Türkiyənin elektrik enerjisinə olan tələbatının 10%-ni atom enerjisi hesabına ödəməyə imkan verəcək. Bu, ölkənin enerji təhlükəsizliyini təmin etmək və iqlim hədəflərinə çatmaq üçün xüsusilə vacibdir", — deyə o bildirib.
Onun sözlərinə görə, AES-in istismara verilməsi Türkiyəyə ildə təxminən 7-7, 5 milyard kubmetr qaz idxalını azaltmağa və atmosferə karbon qazı tullantılarını 35 milyon ton azaltmağa imkan verəcək. Bundan əvvəl Türkiyə Energetika Nazirliyinin rəhbəri "Akkuyu" AES-in ilk enerji blokunun 2025-ci ildə istifadəyə verilməsi planlarını açıqlamışdı.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026