09:15 - 27.12.2024
27 dekabr, Fineko/abc.az. Ötən sessiyanın nəticələrinə görə azaldıqdan sonra cümə günü ticarətdə etalon markaların qiyməti sabitdir.
Saat 09:10-da ICE Futures birjasında Brent markalı neftin qiyməti bir barelə $72,85 səviyyəsində qalır. Dekabrın 26-da keçirilən hərracların nəticələrinə görə, Brent neftinin mart fyuçersləri $0,32 (0,44%) ucuzlaşaraq bir barelə $72,85 təşkil edib.
Saat 09:10-da NYMEX əmtəə birjasının ticarətində WTI neftinin fevral fyuçersləri $0,03 (0,04%) artaraq bir barelə $69,65-a yüksəldi. Dekabrın 23-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin fevral fyuçersləri $0,48 (0,68%) ucuzlaşaraq bir barelə $69,62-a düşüb.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026