Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayacaq

15:18 - 26.12.2024


26 dekabr, Fineko/abc.az. Çin Tibet yaylasının şərq kənarında dünyanın ən iri  su elektrik stansiyasının  tikintisinə razılıq verib.

Yarlung Tsangpo çayının aşağı axınında yerləşən yeni layihə,

dünyanın ən iri "Üç dərə" su elektrik stansiyasının gücünü xeyli üstələyərək, ildə 300 milyard kilovat-saat elektrik enerjisinə qədər istehsal edə bilər.

ABC.AZ xəbər verir ki, layihə Çinin karbon dioksid emissiyalarını azaltmaq məqsədlərinə çatmaqda əsas amil olacaq və Tibetdə iş yerləri yaradaraq əlaqəli sahələrin inkişafına təkan verəcək.