Neftin qiyməti 1%-dən çox artıb, Brent bir barelə $73,17 təşkil edir

09:45 - 25.12.2024


25 dekabr, Fineko/abc.az. Etalon markaların qiyməti çərşənbə axşamı hərracların nəticələrinə görə artıb.

Dekabrın 24-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin mart fyuçersləri $0,85 (1,18%) artaraq bir barel üçün $73,17 çatıb. WTI neftinin fevral fyuçersləri $0,86 (1,24%) artaraq bir barel üçün $70,10 yüksəlib.

Dekabrın 25 - də ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və digər Avropa ölkələrinin, eləcə də Honkonq, Cənubi Koreya və Avstraliyanın birjaları Milad bayramı ilə əlaqədar bağlanıb. Cümə axşamı bir çox meydança bağlı qalacaq.