Qonşu ölkədə dizel bahalaşdı

10:16 - 24.12.2024


24 dekabr, Fineko/abc.az. İranda dizel yanacağının qiyməti bahalaşıb.

ABC.AZ xəbər verir ki, bu barədə Tehran sənaye şəhərciyinin icraçı direktoru Məhəmməd Hezavənejad bildirib.

Onun sözlərinə görə, bu ilin yayında azad satışda olan dizel yanacağının hər litri 12 min tümən (0, 48 manat) idisə, hazırda 17 min tümənə (0,68 manata) çatıb.

Bununla yanaşı İranın Hörmüzqan əyalətində ötən gün yanacaq daşıyan avtomobil hakimiyyətin güc strukturlarının əməkdaşları tərəfindən atəşə tutulduğu yazılıb. Hadisə Minab şəhərində baş verib.