Bu ölkənin onlayn ədəbiyyat sənayesi 2023-cü ildə təxminən 600 milyon dollara çatdı

17:47 - 20.12.2024


20 dekabr, Fineko/abc.az. 2023-cü ildə Çin onlayn ədəbiyyat sənayesinin xaricdəki gəlirləri 7% artaraq 4,35 milyard yuana (600 milyon dollar) çatıb.

ABC.AZ xəbər verir ki, belə məlumat, Şanxayda keçirilən beynəlxalq internet ədəbiyyatı həftəsində təqdim edilib.

2024-cü ilin noyabr ayının sonuna qədər iri Qidian platformasında 6 mindən çox xarici dildə Çin veb romanı nəşr olunub. Bununla yanaşı, 2000-dən çox əsər süni intellekt vasitəsilə tərcümə olunub.