12:00 - 8.08.2026
8 avqust, Fineko/abc.az. Meksika körfəzi sahilindəki duz mağaralarında saxlanılan ABŞ-ın Strateji Neft Ehtiyatı (SPR) böhran hallarında istifadə üçün nəzərdə tutulan dünyanın ən böyük xammal ehtiyatı olaraq qalır.
31 iyul 2026-cı il tarixinə olan məlumata əsasən, ölkənin strateji neft ehtiyatları 304,8 milyon barelə geriləyib. Maksimal saxlama həcmi 714 milyon barel olan rezervlərin doluluq səviyyəsi hazırda cəmi 42,7% təşkil edir.
Tarixi maksimal göstəricidən iki dəfəyə yaxın az olan bu səviyyə analitiklər arasında müzakirələrə səbəb olsa da, boru kəmərləri ilə birləşdirilmiş yeraltı anbarlar zərurət yarandıqda bazara təcili neft nəql etməyə hazır vəziyyətdə saxlanılır.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026