10:58 - 8.08.2026
8 avqust, Fineko/abc.az. "Moody's Ratings" beynəlxalq reytinq agentliyinin son qiymətləndirməsinə əsasən, Azərbaycanın bank sektorunda aktivlərin keyfiyyəti və olası zərərləri qarşılamaq imkanları son altı ildə əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Hesabatda vurğulanır ki, ümumi portfeldə problemli kreditlərin (Stage 3 + POCI) payı 2019-cu ildəki 14-15 % səviyyəsindən 2025-ci ilin yekunlarına görə 3-4 %-ə qədər geriləyib. Eyni zamanda, vaxtı keçmiş borcların ümumi kapitala və ehtiyatlara nisbəti 40 %-dən 10 %-dən aşağı səviyyəyə düşüb.
Reytinq agentliyi qeyd edir ki, yerli bank sistemi mümkün stress ssenarilərinə qarşı kifayət qədər likvidlik ehtiyatına malikdir.
Bununla yanaşı, tənzimləyici müstəqilliyinin daha da artırılması və korporativ idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi sektorun gələcək inkişafı üçün əsas prioritetlər olaraq qalır.
8 Avqust 2026
8 Avqust 2026