11:04 - 8.08.2026
8 avqust, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi 2025-ci ili 21 min manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 40% azdır.
Ötən il Agentliyin hökumətdən aldığı subsidiyalar 12,1% azalaraq 273,77 milyon manat, heyətlə bağlı xərcləri isə 13,4% azalaraq 252,322 milyon manat təşkil edib. Hesabat dövründə köhnəlmə xərcləri 8,065 milyon manata (8,3% çox), amortizasiya xərcləri 3,737 milyon manata (61,2% çox), digər əməliyyat xərcləri isə 5,178 milyon manata (13,9% az) bərabər olub.
Maliyyə hesabatına əsasən, bu ilin yanvarın 1-nə Agentliyin aktivləri illik müqayisədə 20% artaraq 165,039 milyon manata yüksəlib. Şirkətin öhdəlikləri 21,6% artaraq 154,879 milyon manata, balans kapitalı isə 0,2% artımla 10,160 milyon manata çatıb.
Qeyd edək ki, DOST Agentliyi Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli fərmanı ilə yaradılıb, nizamnamə kapitalı 10 milyon manatdır. İlk "DOST" mərkəzinin açılışı isə 9 may 2019-cu ildə baş tutub.
© Report.az
8 Avqust 2026
8 Avqust 2026