Almaniyada sənaye sifarişləri iyun ayında gözləntiləri üstələyib

22:04 - 6.08.2026


6 avqust, Fineko/abc.az. Avropanın en böyük iqtisadiyyatında gözlənilən bərpa prosesi ivmə qazanmağa başlayıb.

Almaniya Statistika İdarəsinin açıqladığı məlumatlara görə, ölkədə fabrika sifarişləri iyun ayında 3,1% artaraq üst-üstə ikinci ay yüksəliş nümayiş etdirib.

Bu göstərici analitiklərin ən yüksək proqnozlarını belə geridə qoyub (may ayı üzrə göstərici isə 0,3%-ə düzəliş edilib).

Almaniya İqtisadiyyat Nazirliyindən bildirilib ki, güclü daxili tələbat sayəsində emal sektorunda yeni sifarişlər artım meylindədir. Hökumətin pensiya və bürokrasiya sahəsindəki islahat paketi, eləcə də genişmiqyaslı büdcə xərcləri biznes fəallığını dəstəkləyir. Buna baxmayaraq, Yaxın Şərqdəki münaqişələr fonunda yüksək enerji qiymətləri və Ren çayında suyun səviyyəsinin rekord həddə düşməsi sektor üçün əsas risk faktorları olaraq qalır.