13:00 - 8.08.2026
8 avqust, Fineko/abc.az. Rusiya-Qırğızıstan İnkişaf Fondunun (RKFR) İdarə Heyətinin sədri Artyom Novikov Qırğızıstan və Rusiyanın birgə vahid ("fərqsiz/kəsintisiz") mobil rabitə operatorunun yaradılması layihəsinin təfərrüatlarını açıqlayıb.
Təşəbbüs fondun maliyyə dəstəyi ilə "Beeline Qırğızıstan" və "Beeline Rusiya" tərəfindən həyata keçirilir. Layihə mobil rabitə, rəqəmsal xidmətlər və pul köçürmələri imkanlarını vahid platformada birləşdirməyi hədəfləyir.
eni xidmət ilk növbədə Rusiyada çalışan miqrantlar üçün nəzərdə tutulub. Abunəçilər ölkələr arasında hərəkət edərkən SIM kartlarını dəyişmədən mövcud nömrələrini, tariflərini və rəqəmsal pul qablarını saxlayacaqlar.
Gələcəkdə bu layihənin Tacikistan və Özbəkistanda da reallaşdırılması planlaşdırılır.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026