10:46 - 8.08.2026
8 avqust, Fineko/abc.az. Qazaxıstanın “KazMunayQaz” milli neft-qaz şirkəti 2026-cı ildə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə neft ixracını 2025-ci illə müqayisədə 31% artırmağı planlaşdırır. Bununla da marşrut üzrə illik həcm 1,7 milyon tona çatacaq.
Cari ilin yanvar-iyun aylarında Aktau limanından BTC kəməri istiqamətində artıq 704 min ton Qazaxıstan xammalı göndərilib.
Ümumi uzunluğu 1 768 kilometr olan Bakı-Tbilisi-Ceyhan boru kəmərinin illik ötürmə gücü 50 milyon tondan çoxdur.
8 Avqust 2026
8 Avqust 2026