Azərbaycan üzərindən Rusiyadan Ermənistana növbəti yük partiyası göndərilib

11:30 - 8.08.2026


8 avqust, Fineko/abc.az. Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti buğda və daş kömür tədarükü həyata keçirilib.

Ümumilikdə 15 vaqondan ibarət 1049 ton buğda və 10 vaqondan ibarət 700 ton daş kömür yükü Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Qeyd edək ki, indiyədək Azərbaycan tranziti ilə Rusiyadan Ermənistana 37 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 414 ton antrasit və 67 min ton taxta materialı nəql olunub. Eyni zamanda, Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın AI-92 və AI-95 markalı benzin ixrac edilib.