10:54 - 8.08.2026
8 avqust, Fineko/abc.az. Beynəlxalq reytinq agentliyi "Moody's Ratings" Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda, o cümlədən Azərbaycanda bank tənzimlənməsinin gücləndirilməsini kredit reytinqləri üçün müsbət amil kimi dəyərləndirir.
Məlumata görə, Azərbaycan Mərkəzi Bankı risk yönümlü nəzarət mexanizmlərini fəal şəkildə tətbiq edir və banklar üçün kapitallaşma tələblərini artırır.
Ölkədə artıq "Bazel III" çərçivəsində yeni kapital buferləri müəyyən olunub və bank sisteminin 2027-ci il yanvarın 1-dən etibarən bu beynəlxalq standartlara tam uyğunlaşdırılması nəzərdə tutulur.
Agentlik analitiklərinin qənaətinə görə, prudensial nəzarətin sərtləşdirilməsi və institusional təkmilləşmələr Azərbaycan banklarının müstəqil kredit qabiliyyətini, risk-menecmentini və idarəetmə keyfiyyətini uzunmüddətli dövrdə dəstəkləyəcək.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026