10:22 - 20.12.2024
20 noyabr, Fineko/abc.az. Zelenski Ukrayna üzərindən qaz tranzitinin davam etdirilməsinin mümkünlüyünü tamamilə istisna edib.
ABC.AZ xəbər verir ki, bu barədə Slovakiyanın baş naziri Robert Fitso Avropa İttifaqının sammitindən sonra jurnalistlərə bildirib.
"O [Zelensky] bunu tamamilə istisna edib və məncə absurd təkliflər verib. Məsələn, müharibənin sonuna qədər [qaz tədarükçülərinə] pul ödəmədiyimiz təqdirdə [tranzitin davamı] ilə razılaşacaqdır. Hansı axmaq bizə pulsuz qaz verəcək?" — Fitso deyib.
Onun sözlərinə görə, Ukrayna ərazisindən qaz tranzitinin davam etdirilməsini əngəlləyən Kiyev hakimiyyəti Slovakiyanın milli iqtisadi maraqlarına ziyan vurur və bütövlükdə Avropa blokuna zərər verə bilər.
"Ukrayna qaz tranzitini dayandıran kimi qaz bahalaşacaq. Bu, bütün AB üçün ağrılı olacaq", — deyə Fitso vurğulayıb. Eyni zamanda, onun sözlərinə görə, Ukrayna vasitəsilə qaz tədarükünün davam etdirilməsi ilə bağlı icmada fikir birliyi yoxdur.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026