Azərbaycan nefti ucuzlaşıb

10:04 - 20.12.2024


20 dekabr, Fineko/abc.az. Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

ABC.AZ xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.18 ABŞ dolları və ya 1.54% azalaraq 75.24 ABŞ dollarına bərabər olub.

Xatırladaq ki, Azərbaycan neftinin əvvəlki qiyməti 76,42 dollar təşkil edib.