11:48 - 19.12.2024
19 dekabr, Fineko/abc.az. Ukrayna və Polşa Şərqi Avropa qaz mərkəzini yarada bilər.
ABC.AZ xəbər verir ki, bu barədə Ukraynanın energetika nazirinin müavini Nikolay Kolesnik bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyasından qaz tranzitinin dayandırılması şəraitində bu tədbir Qərbi və Şərqi Avropa ölkələrini mavi yanacaqla təmin etməyə imkan verəcək.
Biznes modelinə Ukraynanın yeraltı qaz anbarları (PCB) və Polşanın mayeləşdirilmiş təbii qaz (LNG) terminalları daxildir.
Nikolay Kolesnik əlavə edib ki, tranzitin tamamlanması rəqabətli marşrutlar və resurslar yarada bilər. Qaz bazarlarının inteqrasiyası ticarətin inkişafına xeyli təkan verir.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026