Neftin qiyməti 10 dollar azalacaq - "Fitch"dən proqnoz  

11:24 - 19.12.2024


19 dekabr, Fineko/abc.az. Fitch neftin qiymətinin 2024-cü ildəki orta hesabla 80 dollar/bareldən 2025-ci ildə 70 dollar/barelə enəcəyini gözləyir.

ABC.AZ xəbər verir ki, "Fitch" kredit reytinqi agentliyi 2025-ci ildə neft qiymətilə bağlı proqnozunu açıqlayıb.

Fitch qeyd edib ki, onlar neftin qiymətinin 2024-cü ildə orta hesabla 80 dollar/bareldən 2025-ci ildə 70 dollar/barelə düşəcəyini gözləyirlər.

"Biz qlobal neft tələbinin 2025-ci ildə 2024-cü ilə paralel olaraq, lakin 2022-2023-cü illərlə müqayisədə daha yavaş artacağını gözləyirik", - Fitch açıqlamasında bildirib.