12:11 - 18.12.2024
18 dekabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə 93 milyon 934 min dollar dəyərində 1 milyard 745 milyon 249 min kvt/saat elektrik enerjisi ixrac edilib.
ABC.AZ Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 285 milyon 366 min dollar və ya 75,2%, miqdar ifadəsilə isə 2 milyon 178 min kvt/saat, başqa sözlə 55,5% azalıb. 2023-cü ilin yanvar-noyabr aylarında xaricə elektrik enerjisi ixarcı 379 milyon 300 min dollar dəyərində 3 milyard 923 milyon 216 min kvt/saat təşkil edib.
Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,39 %, qeyri-neft sektoru üzrə ixracında isə 3,04 % paya malik olub.
Keçən ilin müvafiq dövründə isə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 1,20%, qeyri-neft sektoru üzrə ixracında isə 12,50 % paya malik olub.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026