16:07 - 17.12.2024
17 dekabr, Fineko/abc.az. Azərbaycanda bu ilin yanvar-noyabr aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4 390,5 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz azalıb.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, hesabat dövründə neft məhsullarından mazut istehsalı 4,8 dəfə, sürtkü yağları istehsalı 17,8%, ağ neft istehsalı 1,6% artıb.
Məlumata görə, hesabat dövründə avtomobil benzini istehsalı 9,4%, dizel yanacağının istehsalı 7%, neft bitumu istehsalı 7,7%, neft koksu istehsalı isə 18,1% azalıb.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026