İran ABŞ-ın icazəsi ilə İraqa daha 120 gün enerji tədarük edəcək

16:24 - 4.12.2024


4 dekabr, Fineko/abc.az. Amerika Birləşmiş Ştatları İraqın İrandan elektrik enerjisi almasına icazəni 120 gün uzadıb.

ABC.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin sədr müavini Vedant Patel brifinqdə məlumat verilib.

ABŞ Dövlət Departamenti, İranın bölgədəki zərərli təsirini azaltmaq öhdəliyinə baxmayaraq, kifayət qədər istehsal gücü olmayan İraqın İran elektrik enerjisini idxal etməsinə icazə verir.

Patelin sözlərinə görə, sabit, suveren və təhlükəsiz İraq İranın Yaxın Şərqdəki təsirini məhdudlaşdırmaq üçün çox vacibdir.

Dövlət Departamentinin məlumatına görə, icazənin 120 gün uzadılması 2018-ci ildən bəri sayca 23-cü olub. Öz növbəsində, İraq hökuməti hazırda İslam Respublikasından enerji idxalını dayandırmaq və ya əvəz etmək üçün alternativ görmür.