“WhatsApp” bu telefonlarda işləməyəcək

12:33 - 2.12.2024


2 dekabr, Fineko/abc.az. Vaxt keçdikcə bir çox proqram köhnə telefonları dəstəkləməyi dayandırır. Dünyanın ən məşhur mesajlaşma proqramı olan “WhatsApp” onlardan biridir.

ABC.AZ xəbər verir ki, “WhatsApp”ın dəstəkləməyəcəyi “iPhone” modellərinin gələn ildən, yəni 2025-ci ildən etibarən olduğu açıqlanıb.

Bu modellərə bütün zamanların ən populyar “iPhone”ları daxildir. Müəyyən iOS versiyasından aşağı olan cihazlar artıq “WhatsApp” dəstəyini almayacaq.