Türkiyə “Qazprombank” vasitəsilə qaz alışı üçün ABŞ-dan istisna tələb edir

15:32 - 26.11.2024


26 noyabr, Fineko/abc.az. Keçən il Rusiya Türkiyə idxalının təxminən 42%-ni təmin etdi və ödənişlərlə bağlı problemlər Türkiyənin enerji təhlükəsizliyinə ciddi təhlükə yarada bilər, deyə energetika naziri Alparslan Bayraktar xəbərdarlıq edib.

ABC.AZ xəbər verir ki, presedent qismində, Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyaları yüngülləşdirən və Türkiyənin onunla əməkdaşlıq etməsinə imkan verən istisna misalını gətirib.

Bloomberg agentliyi xatırladır ki, əvvəllər ABŞ-ın “Qazprombank”a qarşı hərəkətlərini Rusiya qazının daha bir böyük idxalçısı — Macarıstan tənqid edib. Xarici işlər naziri Peter Siyarto Bloomberg-ə bildirib ki, idxal edən ölkələr İstanbulda Bayraktar da daxil olmaqla regional enerji nazirləri ilə danışıqlardan sonra tədarükü davam etdirmək üçün "bir yol tapacaqlar".