15:52 - 25.11.2024
25 noyabr, Fineko/abc.az. Çexiya Rusiya neftinin idxalını 2025-ci ilin iyulundan dayandırmaq niyyətindədir.
ABC.AZ xəbər verir ki, bu barədə ölkənin dövlət boru kəməri şirkətinin direktor müavini Zdenek Dundr Reuters-ə müsahibəsində bildirib. Hazırda Çexiya neft ehtiyacının yarısını Rusiyadan alır.
Dövlət 2025-ci ilin II rübündə Qərb ölkələrindən neft tədarükünü artırmağa başlamağı planlaşdırır. Dövlət Şirkəti İtaliya, Almaniya və Çexiya arasında Transalp neft kəmərinin modernləşdirilməsindən sonra Rusiya Federasiyasından idxalını dayandıracaq.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026