Azərbaycan qazı 12 Avropa ölkəsinə ixrac ediləcək

14:25 - 25.11.2024


25 noyabr, Fineko/abc.az. Son illər ölkəmiz qlobal iqtisadiyyatda mövqelərini gücləndirməkdədir.

ABC.AZ xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində də etibarlı tərəfdaşa çevrilib: “Azərbaycan qazı Avropanın 12 ölkəsinə ixrac ediləcək”.