10:47 - 20.11.2024
20 noyabr, Fineko/abc.az. COP29 çərçivəsində Azərbaycanın Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA), "Clean Energy Invest LLC" və "Baltech Green LLC" arasında Kəlbəcər Külək Elektrik Stansiyasının inkişafına dair Anlaşma Memorandumu (MoU) imzalanıb.
ABC.AZ xəbər verir ki, layihə 3100 metr hündürlükdə həyata keçiriləcək.
"Clean Energy Invest LLC" və "Baltech Green LLC" layihə çərçivəsində birgə müəssisə yaradaraq yaxın zamanda ölçmə kampaniyalarına və layihə hazırlıqlarına başlayacaq.
Külək elektrik stansiyasının 200-240 MVt gücündə 2028-ci ilin əvvəlində kommersiya fəaliyyətinə başlaması gözlənilir. Ərazinin yüksəkliyinin yaratdığı unikal şərait sayəsində layihənin ümumi gücünün gələcəkdə 600 MVt-a qədər çatdırılması potensialı mövcuddur.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026