Azərbaycanda neft hasilatı azalacaq - Detallar

14:35 - 18.11.2024


18 noyabr, Fineko/abc.az. 2026-2028-ci illərdə neft və əmtəəlik qaz hasilatı (2027-ci il istisna olmaqla) üzrə azalmanın davam etməsi neft-qaz sektorunun azalmasına səbəb olacaq.

ABC.AZ xəbər verir ki, bu barədə “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilib.

“Ölkə iqtisadiyyatının artım dinamikasına neft-qaz sektorunda hasilatın həcmi əhəmiyyətli dərəcədə təsir edir. Qeyd edək ki, neft-qaz hasilatı proqnozları aidiyyatlı təşkilatların məlumatları əsasında hazırlanıb”, – qanun layihəsində qeyd olunur.

Sənədə əsasən, 2024-cü ildə Azərbaycanda neft hasilatının azalacağına baxmayaraq qaz hasilatında əsas xüsusi çəkiyə malik “Şahdəniz” və “Abşeron” qaz-kondensat yataqlarında hasilatın artması sektorun inkişafına artırıcı təsir edəcək.

Proqnozlara əsasən, 2025-ci ildə Azərbaycanda neftin hasili 28,7 mln. ton, əmtəəlik qaz hasilatı isə 38,4 mlrd. kubmetr olacaq, 2028-ci ildə isə qeyd olunan göstəricilər müvafiq olaraq 26,7 mln. tona və 36,6 mlrd. kubmetrədək enəcək.

Qeyd olunur ki, 2024-cü ildə Azərbaycanda neft hasilatı 29,2 mln. ton, əmtəəlik qaz istehsalı isə 37,8 mlrd. kubmetr təşkil edəcəyi gözlənilir.