Çin şirkəti günəş batareyalarının ilk partiyasını şəbəkəyə qoşub

12:39 - 16.11.2024


16 noyabr, Fineko/abc.az. Çinin “CHN Energy” şirkəti Şandong əyalətinin Kenli rayonunda 1 GVT gücündə dəniz günəş elektrik stansiyasının tikintisi çərçivəsində günəş batareyalarının ilk partiyasını uğurla şəbəkəyə qoşub. 

ABC.AZ xəbər verir ki, "üzən" günəş stansiyasının Shandong əyalətinin Dongying şəhərinin şərq sahilindən 8 km məsafədə yerləşir və 1220 hektardan çox ərazini əhatə edir.

Layihənin hər il 1,78 milyard kVt / saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir ki, bu da Çinin təxminən 2,67 milyon şəhər sakininin ehtiyaclarını ödəmək üçün kifayətdir.

“CHN Energy”nin məlumatına görə, bu layihə "bu cür ilk və ən iri layihədir".