11:06 - 15.11.2024
15 noyabr, Fineko/abc.az. "COP29 çərçivəsində OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti Dr. Əbdülhəmid Əlxəlifə ilə görüşümüzdə enerji keçidinin inklüziv şərtlər əsasında reallaşdırılmasının vacibliyini vurğuladıq. Davamlı inkişafın təşviqi, enerji təhlükəsizliyinin təmin edilməsi, iqtisadi şaxələnmə prioritetlərini və ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə etdik”.
ABC.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.
13 Avqust 2026
13 Avqust 2026