“TotalEnergies” Surinamdakı ilk dəniz layihəsi çərçivəsində müqavilələr bağladı

15:48 - 14.11.2024


14 noyabr, Fineko/abc.az. Fransanın “TotalEnergies” Neft Şirkəti Surinamda ilk dəniz layihəsinin sürətli inkişafı çərçivəsində ən azı 3 milyard dollar dəyərində layihələndirmə müqavilələri imzalayıb.

ABC.AZ xəbər verir ki, Saipem, Gran Morgu yatağının sualtı işlənməsi üçün Surinamdakı “TotalEnergies” törəmə şirkəti ilə 1,9 milyard dollarlıq müqavilə imzalayıb.