15:34 - 4.11.2024
4 noyabr, Fineko/abc.az. Dekabrın 1-dən Avropa elektrik enerjisi Moldovaya daxil olmağa başlayacaq. Bu, Aİ-nin enerji komissarı Kadri Simsonun sözlərinə görə, Moldova və Ukraynaya enerji sektorunu qışa hazırlamağa kömək edəcək.
ABC.AZ xəbər verir ki, Moldaviya elektrik enerjisini Moldaviya GRES-in yerləşdiyi Dnestryanıdan alır. Elektrik enerjisi ucuzdur və Odessa bölgəsinə kifayət idi. Lakin GRES Rusiya Federasiyasından daxil olan qazla işləyir, Ukrayna isə yeni ildən onun tranzitini dayandırır.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026