17:08 - 24.10.2024
24 oktyabr, Fineko/abc.az. Bu ilin 9 ayında Azərbaycan BOKT-larının balans kapitalı 462,2 milyon manata bərabər olub.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 257,8 milyon manat və ya 2,3 dəfə çoxdur.
BOKT-ların cəmi nizamnamə kapitalı illik müqayisədə 65,7 milyon manat və ya 40% artaraq 230,4 milyon manata yüksəlib.
Qrantlar illik müqayisədə dəyişməyib və 5,2 milyon manat olaraq qalıb.
Bölüşdürülməmiş mənfəətin həcmi 241,3 milyon manata bərabər olub ki, bu da son bir il ərzində 210,3 milyon manat və ya 7,8 dəfə çoxdur.