“SOCAR Energy Georgia” Gürcüstanda ən iri şirkətlərdən biridir

17:08 - 22.10.2024


22 oktyabr, Fineko/abc.az. “SOCAR Georgia Gas”ın və Gürcüstan hökumətinin birgə fəaliyyəti nəticəsində Gürcüstanda qazlaşdırma səviyyəsinin 2024-cü ilin sonuna 88 faizə çatdırılması gözlənilir.

ABC.AZ xəbər verir ki, bu barədə SOCAR-ın 2023-cü il üzrə Davamlı inkişaf haqqında hesabatında qeyd olunub.

Bildirilib ki, 2008-ci ildə bu göstərici 46 faiz səviyyəsində olub. Aparılan işlər nəticəsində 2009-cu ildə sayı 71 min olan abonentlərin sayı 2023-cü il dekabrın 31-nə olan tarixə görə 870 minə çatdırılıb. Bundan əlavə, 2007-2023-cü illər ərzində şirkət tərəfindən 11,2 min kilometrə qədər yeni qaz kəmərləri quraşdırılıb.

“Forbes” jurnalına görə, “SOCAR Energy Georgia” Gürcüstanda ən iri şirkətlərdən biridir. Şirkət fəaliyyəti ərzində Gürcüstan iqtisadiyyatına 772,8 milyon dollar məbləğində sərmayə qoyub və dövlət büdcəsinə 2 036,2 milyard dollar məbləğində vergi ödəyib.