16:12 - 22.10.2024
22 oktyabr, Fineko/abc.az. Ötən il SOCAR-ın strukturuna daxil olan müəssisələr üzrə 1195 işçi işdən azad olunub.
ABC.AZ xəbər verir ki, 2022-ci ildə SOCAR-ın strukturuna daxil olan müəssisələr üzrə işdən azad olunan işçilərin sayı 2 174 nəfər, 2021-ci ildə isə 723 nəfər olub.
Qeyd edək ki, ali təhsilli gənclərin məşğulluğunun təmin edilməsi məqsədi ilə “Gənc İstedadlar Proqramı” çərçivəsində təcrübə müddətini müvəffəqiyyətlə bitirən 68 nəfərdən 53-ü 2023-cü ildə SOCAR-ın müəssisələrində işlə təmin olunub.
Bununla yanaşı, növbəti il ərzində keçirilməsi planlaşdırılan “Gənc İstedadlar Proqramı” və “Çalışan Tələbə” təcrübə proqramları 2023-cü ilin sonlarında elan edilmiş, nəticədə 3 165 nəfərin müraciəti qəbul olunmuş və növbəti müsabiqə mərhələlərinə cəlb edilmələri üçün ilkin seçim prosesi həyata keçirilib.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026